Bank Of Baku

Heydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb

Heydər Əliyev Fondu ilə Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb
# 26 sentyabr 2008 12:17 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bu gün Heydər Əliyev Fondu və Roma Katolik Dini İcması arasında əməkdaşlıq Memorandumu imzalanıb. APA-nın məlumatına görə, sənədi fondun prezidenti, millət vəkili Mehriban Əliyeva və icmanın rəhbəri Yan Çapla imzalayıblar. Sənədə əsasən tərəflər müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, rekonstruksiya layihələri gerçəkləşdirəcək, sosial və dini məqsədli obyektlərə yardımlarla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etno-mədəni komponentlərinin inkişafına yönələn tədbirlər həyata keçirəcəklər. İlk addım kimi Bakıda yerləşən Müqəddəs Məryəm kilsəsində şüşələrin dəyişdirilməsi nəzərdə tutur. Layihə çərçivəsində məbədin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənilmiş bədii şüşələrlə əvəz olunacaq. Eyni zamanda məbədin fasadına keramik pannonun yerləşdirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Heydər Əliyev Fondu indiyədək “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Pravoslav Kilsəsinin bərpasını və yəhudi uşaqlar üçün təhsil kompleksinin inşasını maliyyələşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR