Bank Of Baku

Ramazanın bayram namazı sentyabrın 30-da qılınacaq

Ramazanın bayram namazı sentyabrın 30-da qılınacaq
# 27 sentyabr 2008 14:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Bu il bayram namazı sentyabrın 30-da səhər saat 9-10 radələrində qılınacaq”. Bunu APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildiriblər.

Ayın 30-da oruc tutulub-tutulmaması ilə bağlı suala isə belə aydınlıq gətirilib:
“Əgər sentyabrın 29-da axşam ay görünərsə, 30-u səhər oruc tutulmur. Ürəyində ayın görüb-görünmədiyinə şübhəsi olanlar isə sentyabrın 30-da bayram namazına kimi oruc tuturlar”.

Ramazan ayında adambaşına 3 kiloqram buğda, xurma və ya kişmişin dəyərində fitrə verilir. Fitrə ailənin bütün üzvləri üçün adambaşına hesablanaraq, bayram gününə qədər verilməlidir. Fitrə verənlər buğda, xurma, kişmiş və ya bu nemətlərinin birinin üç misli dəyərində pul vəsaitini evdən çıxarırlar.

Fitrə imkansız, əlil və yetimlərə verilsə, daha xeyirlidir.

Qeyd edək ki, əhali fitrə verərkən, əsasən, 3 kilo buğdanın dəyərini əsas götürür.
Bazarda 1 kilo buğdanın bugünkü qiyməti isə 60-80 qəpik civarındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR