Bank Of Baku

Şeyxülislam: “Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür”

Şeyxülislam: “Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür”
# 29 sentyabr 2008 10:30 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, təbrikdə Ramazan ayı münasibətilə bütün müsəlmanlar təbrik edilib: “ Dünya müsəlmanlarının əziz günü – mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm. Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara sonsuz səadət və fəxarət bəxş edir. Həmd-səna olsun uca Allaha ki, onun rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar”.

Şeyxülislam qeyd edib ki, bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin ziyarəti müstəhəb əməllərdəndir: “Bu əziz gündə biz Allaha dualar edirik ki, inşallah, işğal altında olan torpaqlarımızın azad edilməsini, dövlətçiliyimizin davamlı olaraq tərəqqisini, Azərbaycanın dünya birliyində mövqe və nüfuzunun daha da möhkəmlənməsini bizlərə nəsib etsin”.

Təbrikdə da sonra qeyd edilir: “Şəvval hilalının görünməsindən asılı olaraq, Ramazan bayramı, inşallah, miladi təqvimi ilə sentyabrın 30-na və ya oktyabrın 1-nə düşür. Bu səbəbdən, müsəlmanlarımızın hər iki günü bayram etməsi müstəhəbdir. Qoy Allah orucumuzun əcri olaraq öz lütfü sayəsində bizlərə xeyir və bərəkətini artırsın, mənəvi birliyimizi gücləndirsin! Amin!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR