Bank Of Baku

“Dövlət və din” ictimai fikir toplusunun 3-cü sayı çapdan çıxıb

“Dövlət və din” ictimai fikir toplusunun 3-cü sayı çapdan çıxıb
# 07 oktyabr 2008 08:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və din” ictimai fikir toplusunun 3-cü sayı çapdan çıxıb. Dövlət komitəsinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, topluda prezidenti İlham Əliyevin Bibiheybət Ziyarətgah Kompleksinin əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilməsi mərasimindəki nitqi yer alıb.
Topluda həmçinin Berlində “Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf” mövzusuna həsr olunan konfransla bağlı ətraflı məlumat verilib. Konfransın əsas məruzəçisi kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun “Azərbaycanda dini qurumların hüquqi əsasları və mövcud durumu: dinin milli və regional səviyyədə rolu”, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin “Qafqazda islamı xarakterizə edən xüsusiyyətlər” adlı məruzələri və digər materiallar dərc edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR