Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” məscidinin açılıb-açılmaması ilə bağlı dövlət qurumlarına sorğu verib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” məscidinin açılıb-açılmaması ilə bağlı dövlət qurumlarına sorğu verib
# 07 oktyabr 2008 10:05 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında DQİDK-nin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Şöbə müdiri deyib ki, “Nərimanov rayon dindarları” dini icması tərəfindən “Əbu Bəkr” kimi tanınan Nərimanov rayon Cümə məscidinin açılması ilə bağlı dövlət komitəsinə müvafiq məktublar daxil olub.

Şöbə müdiri həmin müraciətlərin dövlət komitəsi tərəfindən öyrənildiyini, eyni zamanda məscidin açılması ilə bağlı edilən müraciətlərlə əlaqədar müvafiq dövlət qurumlarına sorğu göndərildiyini deyib: “İstintaq getdiyi üçün məscidin açılıb-açılmamasının mümkünlüyü ilə bağlı sorğular göndərmişik. Bu sorğulara cavab alındıqdan sonra onlara cavab veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR