Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymətlər avtobusla 600, təyyarə ilə isə 1000 manatdan çox bahalaşıb

Azərbaycandan Həcc ziyarətinə getmək üçün qiymətlər avtobusla 600, təyyarə ilə isə 1000 manatdan çox bahalaşıb
# 08 oktyabr 2008 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu il avtobusla Həccə getmək istəyən zəvvarlar 2050 manat (ötən il 1450 manat), təyyarə ilə getmək niyyətində olanlar isə 3500 manat (ötən il oteldə yerləşmədən asılı olaraq 2280-4386 manat arasında) ödəməli olacaqlar. Həcc ziyarətində qeydə alınan bahalaşma ölkədəki inflyasiya, yol və otel xərclərinin artması, bundan başqa, zəvvarlara ziyarət müddətində yaradılacaq şəraitin yaxşılaşdırılması ilə izah olunur. Belə ki, bu il azərbaycanlı zəvvarlar təyyarə ilə Həccə İngiltərə şirkətlərinin xidmətindən istifadə etməklə gedəcəklər. Bununla əlaqədar artıq həmin şirkətlərlə müqavilə də bağlanıb. Zəvvarların avtobusla Həccə aparılması üçün isə Türkiyədən müasir tipli “Mercedes-404” avtobusları gətiriləcək.
Qeyd edək ki, bu il də ötən il olduğu kimi Azərbaycana 6 min nəfərlik kvota ayrılıb.

2006-cı ildə isə Azərbaycandan Həcc ziyarətinə getməyin qiyməti avtobusla 1350, təyyarə ilə isə 2200 ABŞ dolları olub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu il Həcc ziyarətinə getmək istəyənlərin sənədlərinin qəbulu davam etdirilir. İndiyə kimi neçə nəfərin Həccə getmək üçün sənəd verdiyi açıqlanmasa da, prosesin davam etdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR