Bank Of Baku

Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək

Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları bir aya istifadəyə veriləcək
# 09 oktyabr 2008 14:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan İslam Universitetinin və Qafqaz Müsəlmanları İdarəsinin yeni binaları yaxın bir aya istifadəyə veriləcək. Bu barədə APA-ya açıqlamasında Azərbaycan İslam Universitetinin rektoru Hacı Sabir Həsənli məlumat verib. Rektor deyib ki, hazırda universitet binasında son tamamlanma işləri aparılır. Onun sözlərinə görə, müasir standartlara uyğun inşa edilən universitet binası 4 mərtəbəlidir. S. Həsənli Qafqaz Müsəlmanları İdarəsinin binasının tikintisinin də yaxın vaxtlarda başa çatdırıldığını deyib.

Rektor universitetin tələbələrinin hələlik 6-cı mikrorayonun ərazisindəki tədris korpusunda təhsil aldıqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR