Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib
# 20 oktyabr 2008 10:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının növbəti iclası keçirilib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, Məşvərət Şurasının sədri Hidayət Orucov iclası açaraq 15 oktyabrda keçirilən prezident seçkilərində İlham Əliyevin qələbəsindən danışıb. H. Orucov Azərbaycanın həm yüksək iqtisadi, sosial göstəricilərinə, həm də ictimai-siyasi və dini durumun sabitliyinə görə regionun lider dövləti olduğunu qeyd edib. Şura sədri həmçinin dövlətin din siyasətini, dini abidələrimizin bərpası və qorunması istiqamətində həyata keçirdiyi tədbirləri Azərbaycan xalqının yüksək dəyərləndirdiyini vurğulayıb.
İclasda 16 noyabr Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar keçiriləcək tədbirlərlə bağlı da müzakirələr aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR