Bank Of Baku

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 3500 nəfər sənəd verib

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 3500 nəfər sənəd verib
# 21 oktyabr 2008 10:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu il azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparacaq ilk avtobus karvanı noyabrın 22-də yola salınacaq. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib. Sədr müavini indiyədək 3500-dək şəxsin Həcc ziyarətinə getmək üçün sənəd verdiyini deyib. Onun sözlərinə görə, bu il zəvvarların QMİ ilə yanaşı, beş özəl şirkət tərəfindən ziyarətə aparılması təmin ediləcək: “Ötən il zəvvarları Həccə aparan üç şirkət isə bu il prosesdə iştirak etməyəcək”.

Bu il Həcc ziyarətində iştirak etmək üçün qiymətlərin təyyarə ilə 3500, avtobusla 2050 manat təşkil etdiyini deyən S. Musayev qiymət artımını enerji daşıyıcılarının bahalaşması ilə əlaqələndirib: “Bundan başqa, biz ildən-ilə zəvvarların Həccə aparılmasında rahatlığı daha da yüksək səviyyədə təmin edirik”.

S. Musayev bu il Azərbaycana 6000 min nəfərlik kvota ayrıldığını deyib.

Qeyd edək ki, Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbulu davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR