Bank Of Baku

Hacı Salman Musayev Çeçenistanda səfərdə olub

Hacı Salman Musayev Çeçenistanda səfərdə olub
# 21 oktyabr 2008 10:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev Çeçenistana səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Musayev Çeçenistana səfəri zamanı regionda inşa olunmuş ən böyük məscidin açılış mərasimində iştirak etdiyini deyib. O bildirib ki, Çeçenistanın prezidenti Ramzan Kadırovun atası Əhməd Kadırovun adını daşıyan məscid eyni anda 10 min nəfəri qəbul edə bilir: “Məscidin minarəsinin hündürlüyü 64 metrdir. Məscidə həftənin hər günü bir imam başçılıq edəcək. Bu ibadət ocağı müasir standartlara uyğun inşa edilib. Onun yaxınlığında İslam Universiteti və dini idarə yerləşir”.

S. Musayev səfər zamanı Çeçenistan prezidenti R. Kadırovla görüşdüyünü də əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR