Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi Ucarda “Yeddi” və “Cümə axşamı” mərasimlərinin keçirilməməsini müsbət qiymətləndirir

Qafqaz Müsəlmanları İdarəsi Ucarda “Yeddi” və “Cümə axşamı” mərasimlərinin keçirilməməsini müsbət qiymətləndirir
# 21 oktyabr 2008 11:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Ucarda yas mərasimlərində israfçılığın qarşısının alınması məqsədilə “Yeddi” və “Cümə amşamı” mərasimlərinin keçirilməməsi müsbət haldır. Belə olanda adamlar bir-birindən fərqlənmir, yas mərasimini keçirmək üçün borc alınmır və başqa problemlər yaranmır. Bunu alqışlamaq lazımdır”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev deyib. O, əslində dində təmtəraqlı yas mərasimlərinin keçirilməsinin nəzərdə tutulmadığını söyləyib. Hacı Salmanın fikrincə, yas sahiblərinə əziyyət verilməməlidir. Din xadimi bildirib ki, vətəndaşları təmtəraqlı yas mərasimlərindən çəkindirmək üçün dəfələrlə çağırışlar edilsə də, bəzi insanlar buna hazır deyil: “Bu iş fitvalıq deyil. İlk növbədə cəmiyyət özü buna hazır olmalıdır. Bəzən çağırışımıza “mən özüm bilərəm” cavabını verənlər olur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR