Bank Of Baku

Hacı Qamət Süleymanov: ““Əbu Bəkr” məscidi açılmasa, özümüzə başqa yer seçəcəyik”

Hacı Qamət Süleymanov: ““Əbu Bəkr” məscidi açılmasa, özümüzə başqa yer seçəcəyik”
# 22 oktyabr 2008 09:12 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. ““Əbu Bəkr” məscidi açılmasa, özümüzə başqa yer seçəcəyik. Bu yer qardaşlarımızın evləri də ola bilər. Namaz qılmaq üçün bizə yer lazımdır”. Bu sözləri APA-ya açıqlamasında “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bildirib. Məscidin imamı artıq “Əbu Bəkr”in bağlanmasından iki aydan artıq vaxt keçdiyini, ibadət ocağının açılması üçün bütün qurumlara müraciət etsələr də, heç bir müsbət cavab almadıqlarını deyib.

Onun sözlərinə görə, məscidin bağlı qalması dindarlar arasında narazılıq və radikallıq meylləri yaradır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR