Bank Of Baku

Müqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək

Müqəddəs İohann Bakinskinin xatirəsi onun Bakıda çalışdığı kilsədə yad ediləcək
# 28 oktyabr 2008 13:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Noyabrın 1-2-də Bakıdakı «Rojdestva Presvyatoy Boqoroditsı» pravoslav kilsəsində Müqəddəs İohann Bakinskinin xatirəsinə ibadət mərasimi keçiriləcək. Kilsənin təmsilçisi Dionisiy Ata APA-ya bildirib ki, İohann Bakinski 1911-ci ildə bu kilsənin baş keşişi təyin olunub və 20-ci illərin ortalarına kimi bu vəzifədə çalışıb.

Sovet dövründə dini ocaqlara olan təzyiqlər zamanı o, Lənkərana köçüb və orada kilsəyə rəhbərlik edib. 1933-cü ildə bu kilsə də bağlanıb, keşiş isə Qazaxıstana sürgün olunub.

Orada o, antisovet təbliğatı aparmaqda günahlandırılıb və 1937-ci il oktyabrın 31-də güllələnib.

2000-ci ildə Rus Pravoslav Kilsəsi İohann Bakinskini 20-ci əsrin müqəddəsləri siyahısına daxili edib, noyabrın 2-ni onun xatirəsi kimi qeyd edir. Həmin gün Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr Atanın rəhbərliyi altında ibadət keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR