Bank Of Baku

Həcc ziyarəti üçün Azərbaycan ayrılan kvota hələ dolmayıb

Həcc ziyarəti üçün Azərbaycan ayrılan kvota hələ dolmayıb
# 05 noyabr 2008 10:40 (UTC +04:00)
Bakı Kəmalə Quliyeva - APA. Həcc ziyarətinə gedəcək ziyarətçilərin ilk dəstəsi noyabrın 22-də Bakıdan yola düşəcək. Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətinə hazırlıqla bağlı tədbirləri davam etdirir. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. A. Paşazadənin sözlərinə görə, artıq Həcc ziyarətinə yollanacaq zəvvarların orada yerləşdirilməsi üçün hər cür şərait yaradılıb.

A. Paşazadə Həcc ziyarətinə getmək istəyənlərin sayının çox olduğunu da deyib: “Lakin dindarların bir qismi Qafqaz Müsəlmanları İdarəsinə hələ indi müraciət edir. Hazırda yeni daxil olan müraciətlərə baxılır”.

Həcc ziyarətinə gedəcək zəvvarların sayına gəlincə, A. Paşazadə konkret rəqəm söyləməyib: “Qeydiyyat prosesi davam edir. Bu il bizim kvotamız 6 min nəfərdir. Amma kvota hələ dolmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR