Bank Of Baku

Bu il Azərbaycanda 90-dan çox dini icma qeydiyyatdan keçib

Bu il Azərbaycanda 90-dan çox dini icma qeydiyyatdan keçib
# 05 noyabr 2008 11:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda indiyədək 519 dini icma qeydiyyatdan keçib. APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Komitə sədrinin sözlərinə görə, bu ilin 10 ayı ərzində 90-dan çox dini icma dövlət qeydiyyatına alınıb. Bu il qeydiyyata alınan dini icmalardan biri iudaizm, qalanları isə islam yönümlüdur: “Son vaxtlar qeydiyyat üçün müraciət edən dini icmaların heç birinə mənfi cavab verilməyib. Lakin əvvəllər 7 dini icmanın qeydiyyatı ləğv edilib”.

Komitə sədri xatırladıb ki, ölkədə dini durum kifayət qədər sabit və nəzarət altındadır. O hesab edir ki, Azərbaycan dini durumun sabitliyinə və dinlərarası tolerantlığa görə digər ölkələr üçün örnəkdir.

H. Orucov Azərbaycanın dinlərarası tolerantlığa görə nümunəvi dövlət olmasının artıq bütün dünya tərəfindən də qəbul olunduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR