Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpasını məqsədəuyğun saymır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpasını məqsədəuyğun saymır
# 06 noyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” kimi tanınan Nərimanov rayon “Cümə” məscidinin fəaliyyətinin bərpa edilməsini məqsədəuyğun saymır. Bu barədə APA-ya açıqlamasında Komitənin Dini Qurumlarla İş Şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.

Şöbə müdiri dövlət komitəsinin bu mövqeyinin dəfələrlə açıqlandığını deyib: “Biz məscidin fəaliyyətinin bərpa edilməsi məsələsinə yalnız istintaq bitdikdən sonra baxılmasının tərəfdarıyıq. İstintaq bitməmiş məscidin fəaliyyətinin bərpa edilməsi, bu barədə hansı ünvanasa məktub göndərilməsi ilə bağlı açıqlamalar həqiqətə uyğun deyil və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR