Bank Of Baku

“Nərimanov rayon dindarları” dini icması Səbayel rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib

“Nərimanov rayon dindarları” dini icması Səbayel rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
# 07 noyabr 2008 11:19 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Əbu Bəkr” məscidində fəaliyyət göstərən “Nərimanov rayon dindarları” dini icması Səbayel rayon Məhkəməsinin oktyabrın 20-də çıxardığı qərardan apellyasiya şikayəti verib. Bu barədə APA-ya icmanın vəkili Cavanşir Süleymanov məlumat verib. O bildirib ki, icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini “Əbu Bəkr” məscidinin açılması istiqamətində fəaliyyətsizlik göstərdiyinə görə məhkəməyə vermişdi: “Dini komitənin nümayəndələri isə məhkəməyə gələrək beş məktub təqdim etdilər və dedilər ki, onlar fəaliyyətsiz deyillər, əksinə, bu işlə fəal məşğul olurlar. Məhkəmə də bunun əsasında bizim iddiamızı rədd etdi. Dünən isə mətbuata açıqlamalarında heç kimə məktub göndərmədiklərini bildiriblər. Halbuki bizim əlimizdə dövlət komitəsinin göndərdiyi məktub var. Həmin məktubda göstərilib ki, dövlət komitəsi məscidin açılmasına etiraz etmir. Ona görə də biz Səbayel rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verdik”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə istintaq bitməmiş dövlət komitəsinin məscidin fəaliyyətinin bərpasına tərəfdar olması və bu barədə kimisə məktub göndərməsi iddialarının həqiqətə uyğun olmadığını söyləyib: “Bu fikirlər cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR