Bank Of Baku

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri birgə bəyanat yayıblar

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri birgə bəyanat yayıblar
# 10 noyabr 2008 09:56 (UTC +04:00)
APA-nın xəbərinə görə, bəyanatda 16 noyabr Beynəlxalq Tolerantlıq Gününün Azərbaycanda xüsusi qeyd olunduğu bildirilib. Qeyd olunub ki, Azərbaycanda tolerantlıq və dini dözümlülüyün səviyyəsi olduqca yüksəkdir. Ölkədə dini etiqad azadlığı və tolerantlığın prinsiplərinin təmin olunması, milli-mənəvi dəyərlərin qorunması dövlətin xüsusi diqqət mərkəzindədir. Dinlərin nümayəndələri - müsəlmanlar, xristianlar, yəhudilər və başqaları Azərbaycandakı dini tolerantlığı həmişə yüksək qiymətləndirirlər.

Bəyanatda, həmçinin bildirilib ki, Azərbaycan xalqının tolerantlıq keyfiyyətlərindən sui-istifadə edən etnik təmizlənmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi dini abidələr də var.

Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən digər dini konfessiyaların rəhbərləri imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR