Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması ilə bağlı Moskvada keçiriləcək tədbirdə iştirak edəcək

Şeyxülislam Allahşükür Paşazadə BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması ilə bağlı Moskvada keçiriləcək tədbirdə iştirak edəcək
# 10 noyabr 2008 11:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Noyabrın 12-də Moskvada BMT yanında Dinlərin Məşvərət Şurasının yaradılması ilə bağlı növbəti müzakirələr keçiriləcək. APA-nın məlumatına görə, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək. QMİ sədri jurnalistlərə açıqlamasında bildirib ki, Katolik Kilsəsinin Azərbaycandakı ordinatoru Yan Çapla da tədbirdə iştirak edəcək. Şeyxülislam yeni yaradılacaq qurumun siyasi təşkilat olmadığını, BMT-nin fəaliyyətinə öz töhfəsini verəcəyini deyib. A. Paşazadə onu da deyib ki, gələn ilin sentyabrında Bakıda dünyanın tanınmış dini liderlərinin iştirakı ilə dinlərarası dialoqa həsr olunan tədbir keçiriləcək: “Həmin tədbirdə Rusiya Patriarxı II Aleksi, Roma papası XVI Benedikt və digər dinini liderlərin iştirakı gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR