Bank Of Baku

Hidayət Orucov: ““Nərimanov Rayon Dindarları” Dini İcmasının “Əbu Bəkr” məscidinin açılmasını tələb etmək hüququ yoxdur”

Hidayət Orucov: ““Nərimanov Rayon Dindarları” Dini İcmasının “Əbu Bəkr” məscidinin açılmasını tələb etmək hüququ yoxdur”
# 10 noyabr 2008 12:24 (UTC +04:00)
Bu icmanın hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 49 a, mənzil 4-dür. Həmin icma bu ünvanda toplaşmalı və bütün mərasimlərini burada keçirməlidir”. Bu sözləri APA-nın sualına cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib, həmin ünvanda “Əbu Bəkr” məscidinin çox uzaqda yerləşən bir mənzil yerləşir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də məsələyə münasibət bildirib. Şeyx deyib ki, əslində ““Nərimanov Rayon Dindarları” Dini İcmasının “Əbu Bəkr”də fəaliyyəti qadağan oluna bilər: “Çünki bu icma orada qeydiyyatdan keçməyib. Mən həmin dini icmanın bu ünvanda fəaliyyət göstərməsi üçün təqdimat verməmişəm. Onlar hətta həmin vaxt mənə pul da təklif etdilər, lakin onları qovdum”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR