Şeyxülislam Allahşükür Paşazadə: “YUNESKO-nun baş direktorluğu nəzdində dini liderlərin yüksək səviyyədə məşvərət qrupunun təsis oluna bilər”
17 noyabr 2008 10:57 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvada dini liderlərin BMT ilə dialoq ideyasının gerçəkləşdirilməsi istiqamətində keçirilən iclasda iştirak edib. APA-nın məlumatına görə, tədbirin yekunu olaraq keçirdiyi mətbuat konfransında A. Paşazadə bu iclasın dünyanın dini liderlərinin 2006-cı il Moskva sammitinin yekun sənədində əksini tapan ideyanın reallaşması yönündə keçirilən sayca ikinci müzakirələr olduğunu bildirib: “Məlum olduğu kimi, dünyanın 49 ölkəsini təmsil edən 200-dək din xadiminin iştirak etdiyi həmin sammit MDB Dinlərarası Şurasının həmsədrləri olan Moskva və bütün Rusiyanın patriarxı II Aleksi və mənim təşəbbüsümlə gerçəkləşib. Sammit iştirakçıları yekdilliklə bəyan ediblər ki, qlobal məsələlərin həlli zamanı ənənəvi dünya dinlərinin liderlərinin fikir və tövsiyələrinin nəzərə alınması məqsədilə beynəlxalq təşkilatlar, xüsusən, BMT və koordinasiya olunmuş fəaliyyət göstərmək zəruridir və bu ideya gerçəkləşəcəyi təqdirdə, zor, təcavüz və ədalətsizliyin bütün formaları ilə mübarizə işində dünya dinlərinin potensialından tam şəkildə yararlanmanı təmin etməyə xidmət edəcək”.
QMİ sədri deyib ki, bu dəfə keçirilən müzakirələr zamanı ilkin mərhələdə məhz YUNESKO-nun baş direktorluğu nəzdində dini liderlərin yüksək səviyyədə məşvərət qrupunun təsis olunması ideyası yaranıb: “Bu təşəbbüs YUNESKO-nun 2008-2013-cü illəri əhatə edən təhsil, elm, mədəniyyət, kommunikasiya və informasiya vasitələri sayəsində mədəniyyətlərarası dialoq strategiyasına müvafiqdir. İclas iştirakçıları YUNESKO-nun baş direktoru Koişiro Matsuuraya bu məsələ ilə bağlı məktub göndəriblər. YUNESKO-nun baş direktoru ilə razılaşdırıldığına görə, yüksək səviyyəli məşvərət qrupunun təsis yığıncağının gələn ilin yanvar ayının son ongünlüyündə Parisdə keçirilməsi planlaşdırılır”.