Bank Of Baku

Allahşükür Paşazadə: “Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolmayıb”

Allahşükür Paşazadə: “Həcc ziyarəti üçün Azərbaycana ayrılan kvota dolmayıb”
# 17 noyabr 2008 12:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycanlı zəvvarlarının Həcc ziyarətinə hazırlığı ilə bağlı işlər başa çatmaq üzrədir. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə keçirdiyi mətbuat konfransında məlumat verib. QMİ sədri deyib ki, zəvvarların ilk qrupu Həcc ziyarətinə noyabrın 22-də yola salınacaq. Onun sözlərinə görə, bu il həyata keçiriləcək Həcc ziyarətində də müəyyən çətinliklər yaranıb. Yaranan çətinliklər nəzərdə tutulan sayda zəvvarın Həcc ziyarətində iştirak etməməsi və boş yerlərin qalması ilə bağlıdır: “Bu il biz sifariş etdiyimiz dörd təyyarədən və avtobuslarda bir hissəsinin xidmətindən imtina etməli olmuşuq”.

Şeyx bu il dövlət başçısının və özünün dəstəyi ilə bir qrup şəxsin təmənnasız olaraq Həcc ziyarətinə göndəriləcəyini bildirib: “Bu il imkanı olmayan 100-dən artıq şəxs Həcc ziyarətinə dövlət başçısının hesabına göndərəcək. 180 nəfəri də biz özümüz təmənnasız olaraq Həccə göndərəcəyik”. Allahşükür Paşazadə gələcəkdə Həcc ziyarəti müddətində zəvvarların yeməklə təmin edilməsinin də nəzərdə tutulduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR