Qamət Süleymanov: “Məscidin indiyə kimi bağlı qalmasının səbəbi bizə aydın deyil” - EKSKLÜZİV
- Küveytə səfərimin məqsədi Məhəmməd Peyğəmbərin (s) müdafiəsi ilə bağlı keçirilən tədbirdə iştirak etmək idi. Lakin bəziləri bunu mənim ölkədən qaçmağım kimi qələmə verdi. Halbuki ölkədən qaçmağım üçün heç bir səbəb yoxdur. Mən öz işimi görürəm, məscid bağlı olsa da, fəaliyyətimi davam etdirirəm. Sadəcə, fəaliyyətimiz dağınıqdır. Əvvəllər isə hamı “Əbu Bəkr”ə toplaşırdı. Yəni məscidin bağlı qalmasından başqaları zərər çəkəcək. Allaha şükür etmək lazımdır ki, “Əbu Bəkr” məscidi var.
- Artıq üç aydır, məscid bağlıdır. Bu müddətdə özünüzü necə hiss edirsiniz?
- Sudan çıxarılmış balıq kimi. Mömin üçün məscid böyük rol oynayır. Məscid Allahın evidir, insan evində almadığı ləzzəti orada ibadət edəndə alır.
- Məscid bağlanandan sonra harada toplaşırsınız?
- Başqa məscidlərdə və ayrı-ayrı evlərdə...
- Bəs Sizə nə deyirlər? Məscid nə vaxt açılacaq?
- Biz də istintaqın davam etməsinin tərəfindəyik. Ancaq məscidin indiyə kimi bağlı qalmasının səbəbi bizə aydın deyil. Biz məhkəməyə müraciət etmişik. Sabah növbəti proses keçiriləcək. Gözləyirik ki, ədalətli qərar verəcəklər. Qanun tələb etdiyi qaydada axıra kimi mübarizə aparacağıq. Biz qanundan kənara çıxmaq fikrində deyilik.
- Məhkəmədə qarşı tərəf hansı arqumentlərlə çıxış edir?
- Məsələn, deyirlər ki, orada kiminsə qızına sataşırlar və ya azyaşlı uşaqlara avtomobil yudurdurlar. Lakin bunlar məscidin bağlanmasına səbəb ola bilməz. Bizə qarşı terror olub. Bu da bizim radikallığın əleyhinə çıxmağımızla bağlıdır. Radikal şəxslərin bəziləri əvvəllər bizim məsciddə namaz qılıb, sonra oranı tərk ediblər. Onların bir qrupu isə xaricdən gəlib.
- Kimdir onlar?
- Alimlər onlara təkfirçilər, cihad camaatı və digər adlar verir. Onların fikri cihad etməkdir. Azərbaycanda belə qüvvələr zəif də olsa, var. Belə şəxslərə ən güclü müqaviməti “Əbu Bəkr” məscidi göstərib. Biz bu baxımdan maarifləndirmə işi ilə məşğul oluruq. Belə bir vəziyyətdə məscidin bağlanması isə yalnız onlara xidmət edir. Radikalların əsas məqsədi elə “Əbu Bəkr”in bağlanması idi.
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Sizə nə cavab verirlər?
- Biz Dini Komitədən soyuqluq görürük. Biz indiyə kimi onlardan kömək gözləyirdik, lakin bu baş vermədi. Halbuki dini icmalara kömək göstərilməsi onların vəzifə borcudur.
- Dövlət Komitəsi bildirir ki, Sizin dini icmanın hüquqi ünvanı başqa yerdə ola-ola, Ülvi Bünyadzadə küçəsində fəaliyyət göstərməyiniz qanuna ziddir. Buna görə də məscidin açılmasını tələb etmək hüququnuz yoxdur...
- Heç icazə olmadan, qanunsuz bir quş yuvası da tikmək mümkün deyil. Necə olub ki, bu məscid şəhərin mərkəzində 10 il qanunsuz fəaliyyət göstərib. Bizim icma 1998-ci ildə yaradılıb və Ülvi Bünyadzadə küçəsində qeydiyyata düşüb. İcma məscid olmadan da fəaliyyət göstərə bilər. Həmin ərazidə məscidin təməli 1997-ci ildə qoyulub, 1 il sonra isə istifadəyə verilib. Elə 1998-ci ildən mən icmanın imamı kimi “Əbu Bəkr”də fəaliyyətə başlamışam. 2002-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılanda bütün icmaları yenidən qeydiyyata alındı. Həmin vaxt biz bütün sənədləri hazırlayıb təhvil verdik. Onda bizə dedilər ki, icmanın ünvanı hansısa bir ev göstərilməlidir. Mən də icmanın ünvanı kimi öz yaşadığım ərazini göstərdim. Yəni bütün icmalar kimi bizdən tələb olunan bütün sənədləri təqdim etdik. Həmin vaxt Dövlət Komitəsi bizdən Qafqaz Müsəlmanları İdarəsinin rəyini tələb etmədi. Komitənin sabiq sədri Rafiq Əliyev Şeyxin rəyini tələb etmədən bütün icmaları qeydiyyata aldı. Yəni burada bizlik heç bir problem yoxdur. Dövlət qurumu bizdən hansı sənədləri tələb edibsə, biz də təqdim etmişik. Məsciddə terror hadisəsi baş verməmişdən təxminən 2 ay əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bizə zəng edib dedilər ki, onlar icmaları fəaliyyət göstərdiyi yerlərin hüquqi ünvan kimi qeydiyyata alınmasını istəyirlər. Biz də öz razılığımızı bildirdik. Lakin sonradan dedilər ki, bu məsələ hələlik qalsın.
- Şeyxülislam Hacı Allahşükür Paşazadənin sizin icmanın qeydiyyatı ilə bağlı fikirlərinə münasibətiniz necədir?
- Bizim Şeyxlə hər zaman normal münasibətlərimiz olub. Ona böyük hörmətimiz var. Biz istəyərdik ki, məscidin açılmasında Şeyx də öz köməyini göstərsin. O, nəyin ki, dövlətin daxilində, həm də xaricdə tanınmış nüfuz sahibidir.
- Sizin nə qədər tərəfdarınız var?
- Bu hesabat aparılmayıb. Ancaq biz gördük ki, baş verən hadisədən sonra camaatın çoxu bizi başa düşdü. Bizim haqqımızda düzgün olmayan çox informasiyalar yayılıb. Guya hansı ölkənin casuslarıyıq və haradansa pul alırıq.
- Doğrudan da indi cəmiyyətdə belə bir fikir var. Filankəs acından ölürdü getdi “Əbu Bəkr” məscidinə indi “Jeep” sürür. Maraqlıdır, insanlar gördüklərini danışmır?
- Ola bilər ki, kiminsə maliyyə vəziyyəti dəyişsin. Adamlar varlana bilər burada qeyri-adi heç nə yoxdur. Yəni bunlar məscidlə bağlı deyil. Orada heç kimə pul paylamırlar. Biz əlillərə və imkansız ailələrə yardımlar edirik. Bəzən bizim haqqımızda danışılanlara özümüz də gülürük. Heç vaxt nə dövlətə, nə də onun başçısına qarşı çıxmamışıq. XXI əsrin müsəlmanları ayrı cür düşünür. Bu gün dünyada radikallıq durmadan artır. Azərbaycan cəmiyyətində isə dini maarifləndirmə yoxdur. Bu işi biz görürük. Radikallığına görə kimisə tutub həbsxanaya salmaq məsələnin həlli deyil. Onlar içəridən daha radikal formada çıxırlar.
- Bütün cəmiyyət sizi vəhhabi kimi tanıyır. Siz isə iddia edirsiniz ki, vəhhabi deyilsiniz. Dediyiniz kimi gücünüz çoxdursa, niyə vəhhabi adını bu vaxta qədər öz üzərinizdən ata bilməyibsiniz?
- Biz əhli-sünnə, yəni sələflərik. Biz də onlardan soruşuruq ki, nəyə görə, bizə vəhhabi adı veriblər? Bəyəm qısa şalvar geyinmək və ya saqqal saxlamaq vəhhabilikdir? “Əbu Bəkr”ə gələnlərin çoxu saqqal saxlamırdı. Yəni bu cür geyinmək sadəcə dində buyurulan qaydalara riayət etməkdir. Bu cür fikirlər savadsızlıqdan yaranır. Adamlar tədricən hər şeyi biləcək.
- İcmanızın maliyyə mənbəyi haradır?
- Məscidə gələn adamlar. Bu o qədər də böyük məbləğ deyil. Həmin ərazidəki dükanlar da orada yaşayan insanlarındır. Sadəcə, bizə məscidə gələnlərə kirayə veriblər.
- Ailəniz də dindardır?
- Bəli, bütün ailə üzvlərimiz ibadət edir. İki az yaşılı oğlum var. Onların birinin adı Abdulla, digərinin adı isə Əlidir. Namaz qılanda oğlanlarım yanımda dayanır.
- Məsciddə partlayış baş verəndə yaralanmışdınız. İndi özünüzü necə hiss edirsiniz?
- Bədənimdə bir neçə qəlpə qalıb. İstəyirəm müalicəyə gedəm və həmin qəlpələri bədənimdən çıxardıram. İndi əsas işimiz “Əbu Bəkr”in açılmasıdır. Bilsək açılmayacaq öz işimizi bilərik. Məscidin bağlanmasını istəyən qüvvələr var. Ancaq hiss edirəm ki, məscid bağlanmayacaq.
- Deyirlər tərəfdarlarınızdan bəziləri həbs edilib.
- Mənim müavinlərimdən və yaxın tərəfdarlarımdan heç kim həbs edilməyib.
Din
Dövlət Komitəsi: İrəvandakı Göy məsciddə baş verənlər bəşəri dəyərlərə hörmətsizlikdir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Dini konfessiyaların rəhbərləri Zəfər Tağını ziyarət ediblər
Səudiyyə Ərəbistanından Azərbaycana 46.5 ton qurban əti göndərilib - FOTO
Xəbər Lenti
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib
Böyük Britaniya Rusiyanın 10 ən böyük neft hasilatçısı şirkətinə qarşı sanksiya tətbiq edib
AZAL yerli pilot hazırlığını genişləndirəcək, təlimatçıların sayı artırılacaq