Bank Of Baku

Hakim: “Əbu Bəkr” məscidinin “Nərimanov rayon dindarları”nın mülkiyyəti olduğunu sübut edən heç bir sənəd yoxdur”

Hakim: “Əbu Bəkr” məscidinin “Nərimanov rayon dindarları”nın mülkiyyəti olduğunu sübut edən heç bir sənəd yoxdur”
# 19 noyabr 2008 14:22 (UTC +04:00)
APA-nın məlumatına görə, hakim Asif Allahverdiyevin sədrlik etdiyi məhkəmə prosesində iddiaçı tərəfin şahidləri çıxışlar edib. Şahidlər “Əbu Bəkr” məscidinin fəaliyyətinin bərpa olunması istədiklərini söyləyiblər.

Hakim Asif Allahverdiyev “Əbu Bəkr” məscidində fəaliyyət göstərən “Nərimanov rayon dindarları” Dini İcmasının hüquqi ünvanının Hidayətzadə küçəsində yerləşdiyini, məscidin sözügedən icmanın mülkiyyəti olduğunu sübut edən heç bir sənədin olmadığını deyib. Hakim həmin məscidin yerləşdiyi ərazinin vaxtı ilə Küveytin İslamın Dirçəlişi Cəmiyyətinə ayrıldığını, 2001-ci ildə isə həmin təşkilatın qeydiyyatının ləğv edildiyini bildirib.

İddiaçı tərəfin vəkili Cavanşir Süleymanov isə ölkədəki 380 dini icmadan yalnız 1-nin hüquqi ünvanında fəaliyyət göstərdiyini deyib.

Proses noyabrın 25-də davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR