Bank Of Baku

Avtobusla Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların hamısı sabah 44 avtobusla yola düşür

Avtobusla Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların hamısı sabah 44 avtobusla yola düşür
# 21 noyabr 2008 10:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Avtobusla Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarların hamısı sabah Həcc ziyarətinə yola düşür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya bildirilib ki, zəvvarlar sabah axşam saat 23.00-da Azadlıq meydanından 44 avtobusla yola salınacaq. Bir həftə sonra isə təyyarə ilə Həcc ziyarətinə gedəcək zəvvarlar yola düşəcək.

QMİ-dən Həcc ziyarəti ilə bağlı bütün hazırlıqların başa çatdırıldığı qeyd olunub. Azərbaycan zəvvarlarının builki Həcc ziyarətinə QMİ-nin sədr müavini Hacı Salman Musayev rəhbərlik edir.

Qeyd edək ki, builki Həcc ziyarəti üçün Azərbaycana 6 min nəfərlik kvota ayrılsa da, kvota tam dolmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR