Bank Of Baku

Bu axşam Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların hamısı müqəddəs ziyarətə yola düşür

Bu axşam Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların hamısı müqəddəs ziyarətə yola düşür
# 22 noyabr 2008 10:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün axşam Həcc ziyarətinə avtobusla gedəcək azərbaycanlı zəvvarların hamısı müqəddəs ziyarətə yola düşür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən APA-ya bildirilib ki, zəvvarlar bu gün axşam saat 23.00-da Azadlıq meydanından yola salınacaq. Həccə gedən 1700 zəvvarı 44 avtobus aparacaq.

Bir həftə sonra isə təyyarə ilə Həcc ziyarətinə gedəcək zəvvarlar yola düşəcək.

QMİ-dən Həcc ziyarəti ilə bağlı bütün hazırlıqların başa çatdırıldığı qeyd olunub. Azərbaycan zəvvarlarının builki Həcc ziyarətinə QMİ-nin sədr müavini Hacı Salman Musayev rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR