Bank Of Baku

Rafiq Əliyev: ““Əbu Bəkr” məscidinin qeydiyyatını mənim adımla bağlayanlar səhvə yol verirlər” - EKSKLÜZİV

Rafiq Əliyev: ““Əbu Bəkr” məscidinin qeydiyyatını mənim adımla bağlayanlar səhvə yol verirlər” - <font color=red>EKSKLÜZİV</font>
# 24 noyabr 2008 08:26 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev bildirib. R. Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) 2001-ci ildə yaradıldığını, bundan sonra digər dini icmalar kimi, “Əbu Bəkr” məscidində fəaliyyət göstərən “Nərimanov rayon dindarları” Dini İcmasının da yenidən qeydiyyata alındığını deyib.

Sabiq komitə sədrinin sözlərinə görə, hazırda “Əbu Bəkr” məscidi Nərimanov rayon İcra Hakimiyyətinin balansındadır. “Əbu Bəkr” məscidi və “Nərimanov rayon dindarları” Dini İcması ilə bağlı müxtəlif məsələlərdə adının hallandırılmasına gəlincə, sabiq komitə sədri “Yəqin bunda maraqlı tərəflər var”, deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR