Bank Of Baku

Dini icmalar fəaliyyət göstərdikləri ünvan üzrə qeydiyyata alınacaq

Dini icmalar fəaliyyət göstərdikləri ünvan üzrə qeydiyyata alınacaq
# 24 noyabr 2008 10:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mənzillərdə və digər hüquqi ünvanlarda fəaliyyət göstərən dini icmaların qeydiyyatını məscidlərə dəyişir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırda Azərbaycanda bir qrup dini icma qeydiyyatda olduğu ünvan üzrə fəaliyyət göstərmir, buna görə də belə icmaların qeydiyyatı onların fəaliyyət göstərdiyi yerlə əvəzlənir: “Dini icma harada fəaliyyət göstərirsə, orada da qeydiyyatda olmalıdır”.

Komitədən bildiriblər ki, hazırda Azərbaycanda 519 dini icma dövlət qeydiyyatına alınıb, onlardan 32-si qeyri-islamı təşkilatlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR