Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarlardan biri psixoloji durumunda problem yarandığı üçün geri qaytarılıb

Azərbaycandan Həcc ziyarətinə yola düşən zəvvarlardan biri psixoloji durumunda problem yarandığı üçün geri qaytarılıb
# 28 noyabr 2008 09:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Azərbaycandan Həcc ziyarətinə avtobusla yola düşən zəvvarlardan biri geri qaytarılıb. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib. Azərbaycana qaytarılan zəvvarın adı açıqlanmayıb. Məlumata görə, Suriya ərazisində olanda həmin şəxsin psixoloji durumunda problem yaranıb və onun ziyarəti davam etdirməsi məqsədəuyğun sayılmayıb. Qeyd olunub ki, Azərbaycana qaytarılan zəvvar “Prezident” şirkətinin xətti ilə Həcc ziyarətinə yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR