Bank Of Baku

“Əbu Bəkr” məscidinin açılması iddiası üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib

“Əbu Bəkr” məscidinin açılması iddiası üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib
# 01 dekabr 2008 11:39 (UTC +04:00)
“Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanovun APA-ya verdiyi məlumata görə, “Əbu Bəkr” məscidinin açılması ilə bağlı icmanın Nərimanov Rayon Polis İdarəsinə qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi dekabrın 11-ə təyin edilib. Artıq məhkəməyə çağırış vərəqəsinin iddiaçı tərəfə təqdim edildiyini diqqətə çatdıran C. Süleymanov prosesin hakim Turqay Hüseynovun sədrliyi ilə keçiriləcəyini bildirib.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması iddiası ilə Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib. Sözügedən iş üzrə məhkəməyə hakimlik edən Asif Allahverdiyevin noyabrın 25-də vəfat etməsi səbəbindən proses bir müddət yubanmasına səbəb olub.

A. Allahverdiyevin vəfatından sonra prosesə Nərimanov Rayon Məhkəməsinin hakimi T. Hüseynov sədr təyin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR