Bank Of Baku

Azərbaycan İslam Partiyası Yasamal rayonunda məscidin sökülməsi barədə məhkəmə qərarına etiraz edib

Azərbaycan İslam Partiyası Yasamal rayonunda məscidin sökülməsi barədə məhkəmə qərarına etiraz edib
# 03 dekabr 2008 13:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan İslam Partiyası (AİP) bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda ölkə dindarlarının Azərbaycandakı müsəlmanların ölkədə İslam dininə, onun yaşam tərzinə çevrilmiş əlamət və atributlara qarşı atılan addımlardan ciddi narahatlıq keçirdikləri bildirilib: “Yas mərasimlərinin məhdudlaşdırılması, məxsusi ruhani geyimlərin tətbiqinə cəhdlər, ayrı-ayrı din xadimlərinin ləkələnməsinə və cəmiyyətdən uzaqlaşdırılmasına yönələn təxribatlar, qeyri-ənənəvi təriqətlərin yayılmasına geniş meydan verilməsi, hicablı xanımlar qarşısında qoyulan yasaqlar yaxşı niyyətə və məqsədə xidmət etmədiyi kimi, həm də xalqımız üçün, onun gələcəyindən ötrü arzuolunan nəticə ilə sonuclanacağı ağlasığmazdır”.
Partiya rəhbərliyinin bəyanatında Yasamal rayon məhkəməsinin “Peyğəmbərimiz Məhəmməd” məscidinin sökülməsi ilə bağlı qərarının heç bir məntiqə sığmadığı bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR