Bank Of Baku

Allahşükür Paşazadə: “II Aleksinin vəfatı ilə Azərbaycan böyük dostlarından birini itirdi”

Allahşükür Paşazadə: “II Aleksinin vəfatı ilə Azərbaycan böyük dostlarından birini itirdi”
# 05 dekabr 2008 10:54 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Moskva və Ümumrusiya Patriarxı II Aleksinin vəfatı ilə Azərbaycan böyük dostlarından birini itirdi. Onun ölümü mənə çox pis təsir etdi”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib. Şeyx II Aleksinin ölümünün təkcə Rusiya üçün deyil, Azərbaycan üçün də böyük itki olduğunu bildirib. II Aleksinin dəfn mərasimində iştirak edəcəyini deyən A. Paşazadə Ümumrusiya Patriarxı ilə yaxın münasibətləri olduğunu söyləyib: “O, Qarabağ məsələsində həmişə mənim yanımda olub. Onun əlindən ən yüksək medalları almışam. II Aleksi təkcə mənimlə deyil, Heydər Əliyevin də yaxın dost idi. Onun ölümü mənim üçün böyük itkidir”.

Qeyd edək ki, II Aleksi bu gün 80 yaşında vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR