Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
# 05 dekabr 2008 11:26 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib. QMİ-dən APA-ya daxil olan təbrikdə dünya müsəlmanlarının əziz bayramı - Eydül-Əzha münasibətilə Azərbaycan xalqına təbriklərinin çatdıran Şeyx bəndənin öz yaradanına hədsiz məhəbbət və təqvasının təzahürü olan Qurban bayramının Xaliqin öz bəndələrinə lütf və mərhəmətinin ən yüksək nümunəsi olduğu qeyd olunub: “Bu münəvvər gündə Şeyxülislam kimi bütün dualarım vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti üçündür. Bizim ən böyük arzumuz xalqımızın doğma Qarabağına qovuşması ilə bağlıdır. Qoy Yaradan insanların mənən saflaşması və həmrəyliyini təcəssüm etdirmək məramı ilə qərar verdiyi bu bayram günündə kəsdiyiniz qurbanları qəbul etsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR