Bank Of Baku

Komitə sədri: ““Peyğəmbərimiz Məhəmmədin məscidi” qanunsuz tikilib”

Komitə sədri: ““Peyğəmbərimiz Məhəmmədin məscidi”  qanunsuz tikilib”
# 05 dekabr 2008 12:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Murtuza Muxtarov 190 ünvanındakı “Peyğəmbərimiz Məhəmmədin məscidi” qanunsuz tikilib”. Bu barədə APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib: “Heç kim istəməz ki, məscid sökülsün. Amma məscid nə üçün qanunsuz tikilir?”.
Komitə sədri deyib ki, məscid müqəddəs yer, Allah evi olduğu üçün bütün qanunlara uyğun, halallıqla tikilməlidir: ”Mən bununla bağlı hər hansı başqa fikir söyləmək istəmirəm. Çünki iş məhkəmə mərhələsindədir. Mənim fikrim məhkəmə qərarına təsir edə bilər. Amma fakt budur ki, məscid qanunsuz tikilib”.
Qeyd edək ki, Yasamal rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Yasamal rayon Məhkəməsi noyabrın 28-də qanunsuz tikildiyi üçüm sözügedən məscidin sökülməsi ilə bağlı qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR