Bank Of Baku

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu patriarx II Aleksinin Moskvanın Boqoyavlensk kilsəsində dəfn olunması barədə qərar qəbul edib

Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu patriarx II Aleksinin Moskvanın Boqoyavlensk kilsəsində dəfn olunması barədə qərar qəbul edib
# 06 dekabr 2008 08:52 (UTC +04:00)
Moskva-APA. Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodunun bu səhər keçirilən toplantısında Moskva və bütün Rusiyanın patriarxı II Aleksinin paytaxtın Boqoyavlensk kilsəsində dəfn olunması barədə qərar qəbul olunub. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən mitropolit Kirill bu qərarın patriarxın vəsiyyətinə əsasən qəbul olunduğunu bildirib. O, II Aleksinin yazılı vəsiyyətinin olmadığını, bu kilsənin ərazisində dəfn olunmaq istədiyini şifahi şəkildə dediyini bildirib.
Qeyd edək ki, patriarxın dəfn mərasimi dekabrın 9-na təyin olunub. Dəfnlə bağlı rəsmi ibadət mərasimi bu axşam başlayacaq. Dünən ABŞ prezidenti Corc Buş patriarx II Aleksinin vəfatı ilə əlaqədar Rusiya vətəndaşlarına başsağlığı verib. Hindistana rəsmi səfərini başa vurub geri qayıdan prezident Dmitri Medvedev isə patriarx II Aleksinin vəfatı ilə əlaqədar İtaliyaya səfərinin təxirə salıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR