Bank Of Baku

Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların ilk qrupu bu gün Vətənə dönür

Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların ilk qrupu bu gün Vətənə dönür
# 12 dekabr 2008 15:33 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Təyyarə ilə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarların ilk qrupu bu gün Vətənə dönəcək. Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib. Mətbuat xidmətinin rəhbəri deyib ki, azərbaycanlı hacıları Vətənə gətirən birinci təyyarə bu gün saat 20.00-da Bakıda olacaq. Saat 23.00-da isə ikinci təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına enəcəyi gözlənilir. Sabah isə təyyarə ilə Həccə gedən digər zəvvarlar Bakıya dönəcəklər.

R. Dadaşova avtobusla Həccə gedənlərin də artıq Məkkədən Vətənə yola düşdüklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR