Bank Of Baku

II Aleksinin son məktubu açıqlanıb

II Aleksinin son məktubu açıqlanıb
# 12 dekabr 2008 16:27 (UTC +04:00)
Moskva-APA. Moskva və bütün Rusiyanın patriarxı II Aleksinin son məktubunun məzmunu açıqlanıb. APA-nın məlumatına görə, noyabrın 28-də mitropolit Yuventaliyə yazdığı məktubda patriarx xəstəliyi səbəbilə İspaniyada istirahətini yarımçıq qoymağa məcbur olduğunu bildirib: “Kardioqram çəkdirmək üçün Münhenə getməli oldum. Orada müayinədən keçməklə yanaşı müalicə olunmalı da oldum. Bədənimdə zəiflik qalmaqdadır, amma həkimlər bunun tədricən keçəcəyini bildirirlər. Dekabrın 1-də Moskvaya qayıtmaq niyyətindəyəm”. Qeyd edək ki, məktub ünvanına patriarxın ölümündən sonra - dekabrın 11-də çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR