Bank Of Baku

Hidayət Orucov: “Əbu Bəkr” məscidi ilə bağlı istintaq başa çatandan sonra məscidin ətrafında yaşayan sakinlərin müraciətlərinə baxılacaq”

Hidayət Orucov: “Əbu Bəkr” məscidi ilə bağlı istintaq başa çatandan sonra  məscidin ətrafında yaşayan sakinlərin müraciətlərinə baxılacaq”
# 18 dekabr 2008 12:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. ““Əbu-Bəkr” məscidinin açılıb-açılmayacağı ilə bağlı məsələyə istintaq başa çatandan sonra aydınlıq gətiriləcək”. APA-nın məlumatına görə, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib. Onun sözlərinə görə, məsələnin ən mühüm tərəfi cinayətin üstünün tam açılmasıdır. Hidayət Orucov bildirib ki, “Nərimanov rayon dindarları” Dini İcması ləğvindən hələlik söhbət getmir: “Bakıda onlarla məscid var. Azərbaycanda isə 1750 məscid fəaliyyət göstərir. Lakin heç zaman məsciddə partlayış baş verməyib”. H. Orucov bildirib ki, məscidin ətrafında yaşayan sakinlərin “Əbu-Bəkr”in açılması ilə bağlı ciddi etirazları var. Onlar bu barədə Dövlət Komitəsinə, hüquq-mühafizə orqanlarına və ölkə prezidentinə çoxsaylı müraciətlər ediblər: “Onlar yazırlar ki, rahatlıqları pozulub, həyatları daim təhlükə altındadır. Məscidlə bağlı istintaq başa çatandan sonra sakinlərin müraciətlərinə də cavab veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR