Bank Of Baku

Hidayət Orucov: “Azərbaycana zərərli ədəbiyyatın gətirilməsi azalıb”

Hidayət Orucov: “Azərbaycana zərərli ədəbiyyatın gətirilməsi azalıb”
# 18 dekabr 2008 13:13 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Son illər Azərbaycana zərərli dini ədəbiyyatın gətirilməsi halları azalıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. O bildirib ki, əvvəlki illərə nisbətən zərərli dini ədəbiyyatın ölkəyə gətirilməsi və yayılmasının qarşısının alınması istiqamətində irəliləyişlər əldə edilib: “Buna dövlət komitəsinin və digər müvafiq qurumların səyi və nəzarəti nəticəsində nail olunub”.

Komitə sədri hazırda ölkədə az sayda da olsa qeydiyyatsız dini icmaların fəaliyyət göstərdiklərini vurğulayıb. Ümumiyyətlə isə Azərbaycanda 530-dan çox dini icma qeydiyyatdan keçib. Onlardan 32-si qeyri-islam yönümlüdür. Son bir ildə 6-7 dini icmanın qeydiyyatı ləğv olunub. Komitə sədri bildirib ki, son illər maarifləndirici işlər aparıldığından qeydiyyatdan imtina halları azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR