Bank Of Baku

Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu olmuş Mitrofanın nəşi Bakının Müqəddəs Jen-Mironosits kafedral kilsəsində torpağa tapşırılıb

Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu olmuş Mitrofanın nəşi Bakının Müqəddəs Jen-Mironosits kafedral kilsəsində torpağa tapşırılıb
# 22 dekabr 2008 08:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Keçən əsrin 30-cu illərində Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu olmuş Mitrofanın nəşi öz vəsiyyətinə uyğun olaraq Bakının Müqəddəs Jen-Mironosits kafedral kilsəsində torpağa tapşırılıb. APA-nın məlumatına görə, şəhər rəhbərliyinin icazəsi ilə yepiskopun nəşi Yasamal şəhər qəbiristanlığından çıxarılaraq kafedral kilsənin kriptində (zirzəmisində) dəfn olunub. Cənazə ibadətini Bakı və Xəzəryanı Yeparxiyanın Yepiskopu Aleksandr ata keçirib. Tədbirdə Rusiya və Belarusun Azərbaycandakı səfirləri Vasiliy İstratov və Nikolay Patskeviç də iştirak ediblər.

Qeyd edək ki, 1931-1934-cü illərdə Bakı və Xəzəryanı Yeparxiyanın yepiskopu olmuş Mitrofan (Polikarpov) təzyiqlərə məruz qalıb, bir neçə dəfə sürgün olunub. 1934-cü il dekabrın 16-də dünyasını dəyişən yepiskop öz vəsiyyətində xələfindən xahiş edib ki, dinə qarşı təzyiqlərə son qoyulandan sonra onu Bakının Jen-Mironosits kafedral kilsəsində dəfn eləsinlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR