Bank Of Baku

Allahşükür Paşazadə “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunla bağlı sərt etiraz bildirib - YENİLƏNİB

Allahşükür Paşazadə “Reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında” qanunla bağlı sərt etiraz bildirib - <font color=red>YENİLƏNİB</font>
# 23 dekabr 2008 09:01 (UTC +04:00)
APA-nın xəbərinə görə, A. Paşazadə bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib. Şeyxülislam bunun zinakarlıq olduğunu deyib: “Bu, İslama qarşı olan məsələdir. Biz elmin əleyhinə deyilik, lakin hər şeyin sərhədi olmalıdır. Buna yol vermək olmaz. Hər kəs dünyaya öz halalından uşaq dünyaya gətirməlidir. Donor olmaz”.

Milli Məclisin bu məsələ ilə bağlı öz sözünü deməli olduğunu bildirən A. Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovu da məsələyə münasibət bildirməyə çağırıb: “Hidayət Orucov Milli Məclisə yazılı şəkildə münasibətini çatdırmalıdır. Əgər Milli Məclis öz sözünü deməsə, biz öz haqqımızı daha yuxarı instansiyadan tələb edəcəyik. Bizim bu məsələyə yol verməmək haqqımız var”.

Qazılar Şurasının iclasında çıxış edən H. Orucov A. Paşazadənin qaldırdığı məsələ ilə bağlı müzakirələr aparıb münasibət bildirəcəklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR