Bank Of Baku

Allahşükür Paşazadə: “Bəzi zəvvarlar Həccə ziyarətə yox, ticarətə gedirlər”

Allahşükür Paşazadə: “Bəzi zəvvarlar Həccə ziyarətə yox, ticarətə gedirlər”
# 23 dekabr 2008 09:30 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə qurumun Qazılar Şurasının bu gün keçirilən iclasında deyib. Şeyxülislam bildirib ki, bu, Həcc ziyarətinə getməzdən öncə onların zəvvarlarla yaxşı işləməmələrindən irəli gəlir: “Ziyarətdən əvvəl zəvvarlarla işləmək, onları maarifləndirmək lazımdır. Elə etmək lazımdır ki, zəvvarlar ora ticarətə yox, ziyarətə getsinlər. Təəssüf ki, bəzən əksinə olur”.

A. Paşazadə gələn il Həcc ziyarətinə gedənlərin bölgələrdə fəaliyyət göstərən axundlara müraciət etmələrinin, ziyarətdən öncə onların maarifləndirilmələrinin təşkili olunmasının vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR