Bank Of Baku

Azərbaycan dindarları internetdən istifadə edəcək

Azərbaycan dindarları internetdən istifadə edəcək
# 23 dekabr 2008 12:24 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yaxın vaxtlarda Azərbaycan dindarları bir-birləri ilə internet vasitəsi ilə əlaqə saxlamağa başlayacaqlar. APA-nın məlumatına görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

Şeyx deyib ki, hazırda ölkədə ibadət ocaqları müasir standartlara uyğun təmir edilir, texniki avadanlıqlar yenilənir: “Bu yaxınlarda “Təzə Pir” məscidi istifadəyə veriləcək. Orada yeni-yeni bölmələr fəaliyyətə başlayacaq. Biz bölgələrdəki dindarlarla da internet vasitəsi ilə əlaqə saxlayacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR