Bank Of Baku

Şeyxülislam Azərbaycan prezidentini təbrik edib

Şeyxülislam Azərbaycan prezidentini təbrik edib
# 23 dekabr 2008 12:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, A. Paşazadə QMİ-nin Qazılar Şurasının bugünkü toplantısında çıxış edərkən bütün dindarlar adından ölkə başçısına təbriklərini ünvanlayıb.

Şeyx Azərbaycanda tolerantlığın hökm sürdüyünü, dövlət tərəfindən bütün dinlərə ibadət edən şəxslərə bərabər şərait yaradıldığını bildirib: “Biz ölkənin başçısına həyatın bütün sahələrində uğurlar arzulayırıq. Bu yaxınlarda prezidentin əkiz nəvələri dünyaya gəlib. Bu münasibətlə də dövlət başçısına xoş arzularımızı çatdırırıq”.

Qeyd edək ki, İlham Əliyevin doğum günü dekabrın 24-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR