Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib
# 24 dekabr 2008 09:52 (UTC +04:00)
Bakı-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin yanında Məşvərət Şurasının iclası keçirilib. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantını giriş sözü ilə açan Məşvərət Şurasının sədri Hidayət Orucov Moskva və Bütün Rusiyanın Patriarxı II Aleksinin vəfatından böyük təəssüf hissi keçirdiyini vurğulayıb, bu itkinin təkcə Rusiya və pravoslav dünyası üçün deyil, eyni zamanda Azərbaycan üçün ağrılı olduğunu qeyd edib. Patriarxın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Konstitusiyasına edilən təklif və əlavələr layihəsi ilə bağlı məlumat verən Hidayət Orucov bildirib ki, bu dəyişiklik qəbul edilərsə, bu, vətəndaşların dini etiqad azadlığının təmin olunması yönündə atılmış növbəti müsbət addım olacaq. Konstitusiyaya təklif edilən düzəlişlərlə bağlı fikir bildirən Şura üzvləri bu dəyişikliyi müsbət hal kimi qiymətləndirərək ölkədəki dini qurumların fəaliyyətinin tənzimlənməsində bu sənədin mühüm rol oynayacağını vurğulayıblar. Məşvərət Şurasının toplantısı gündəliyə daxil edilmiş respublikada dini durum, dini maarifçiliyin genişləndirilməsi ilə bağlı müzakirələrin aparılması, yanvar ayında qeyd ediləcək dini mərasimlər barədə məlumatın dinlənilməsi, 2009-cu il üçün iş planının təsdiq olunması və cari məsələlərin müzakirəsi ətrafında çıxışlarla davam etdirilib.

Məşvərət Şurasının üzvləri respublikada dini durumun sabit olduğunu qeyd edib, qeyri-ənənəvi radikal və ekstremist ruhlu təriqətlərə qarşı birgə fəaliyyət göstərməyin əhəmiyyətindən danışıb, bu sahədə mübarizənin daha da gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Natiqlər təəssüflə qeyd ediblər ki, Dövlət Komitəsi fəaliyyətinin ilk illərində ölkədəki dini durumla bağlı neqativ halların, qeyri-ənənəvi radikal, ekstremist meylli təriqətlərin yayılmasının, missioner qrupların Azərbaycanın gələcəyi ilə bağlı pozuculuq hərəkətlərinin qarşısının alınması üçün ardıcıllıq və qətiyyət göstərilməyib. Toplantıda Məşvərət Şurasının 2009-cu il üçün iş planı təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR