Bank Of Baku

“Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verilib

“Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsinə dair məhkəmə qərarından apellyasiya şikayəti verilib
# 05 yanvar 2009 16:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Yasamal rayon Dini İcması Murtuza Muxtarov, 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi ilə bağlı adıçəkilən rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib. İcmanın vəkili Muxtar Mustafayevin APA-ya verdiyi məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına göndərilən şikayətdə Yasamal rayon Məhkəməsinin hakimi Əhəd Rzayevin 28 noyabr 2008-ci il tarixli, 2 (004)-3954/08 saylı qətnaməsinin ləğv edilməsinə dair yeni qətnamə qəbul olunması xahiş edilib.

Qeyd edək ki, Yasamal rayon Məhkəməsinin 28 noyabr 2008-ci il tarixli məlum qətnaməsi ilə Bakının Yasamal rayon İcra Hakimiyyətinin qeyri-qanuni tikilinin sökülməsinə dair iddiası təmin olunaraq, həmin rayonun M. Muxtarov küçəsi, 190 ünvanda yerləşən məscidin sökülməsi qət edilib. Məhkəmə qətnaməsi onunla əsaslandırılıb ki, qeyd edilən ünvanda təyinatı məlum olmayan qeyri-yaşayış sahəsi tikilib və buna görə də iddia təmin olunaraq, həmin qeyri-yaşayış sahəsi, əslində isə məscid sökülməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR