Bank Of Baku

Nardaran qəsəbəsində Aşura mərasimi keçirilir

Nardaran qəsəbəsində Aşura mərasimi keçirilir
# 07 yanvar 2009 08:30 (UTC +04:00)
APA-nın Nardaranda olan əməkdaşının xəbərinə görə, qəsəbənin girəcəyində və Aşura mərasiminin keçirildiyi Rəhimə xanım məscidinin yaxınlığında polis postları qurulub. Məscidin həyətində bir qrup gənc şüalar səsləndirə-səsləndirə zəncir vurur. Aşura mərasimində Nardaran kəndinin mollası Hacı Adil çıxış edərək, İsrailin Qəzza bölgəsində apardığı hərbi əməliyyatları pisləyib, ABŞ-ın və digər ölkələrin İsrailə dəstək verdiyini vurğulayıb.

Hacı Adil dünya müsəlmanlarını Qəzza bölgəsində İsrailin hücumuna məruz qalan müsəlmanlara dəstək verməyə çağırıb: “Bu gün Kərbəla İraqdır, Əfqanıstandır, Fələstindir. ABŞ böyük şeytandır. Corc Buş Yezidin əməllərini yerinə yetirir. Azərbaycan hökuməti baş verənlərə münasibət bildirməlidir”. Mərasimdə “Amerikaya ölüm” şüarları səsləndirilib.

Kənd ağsaqqalı Hacı Əli Hüseynov İsrailin həyata keçirdiyi əməliyyatlar nəticəsində Fələstində uşaqların şəhid edildiyini deyib: “Allah İsrailə lənət eləsin”.

Hacı Əli yanvarın 2-də İsrail Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirən zaman həbs edilən şəxslərin, o cümlədən Nardaran sakinlərinin azad edilməsini tələb edib. O, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini tənqid edərək, Şeyxin üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini söyləyib.

Mərasim davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR