Bank Of Baku

Azərbaycan paytaxtında bir neçə məsciddə qanvermə aksiyası keçirilir

Azərbaycan paytaxtında bir neçə məsciddə qanvermə aksiyası keçirilir
# 07 yanvar 2009 08:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Məhərrəm Ayının 10-cu günü - Aşura ilə bağlı Bakının “Təzə Pir”, “Əjdərbəy”, “Hacı Soltanəli” məscidlərində, Mir Möhsün Ağa ziyarətgahında və digər ibadət ocaqlarında qanvermə aksiyası keçirilir. APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən qanvermə aksiyası talassemiya və digər xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün təşkil edilib. QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə də “Əjdərbəy” məscidində qan verib. A. Paşazadə deyib ki, qanvermə aksiyası humanist aksiyadır və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara yardım üçün təşkil olunub.

Şeyxülislamla yanaşı, bir çox tanınmış şəxslər, millət vəkilləri, hüquq-mühafizə orqanlarının əməkdaşları da qan verib.

Aksiya günün sonuna kimi davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR