Bank Of Baku

Allahşükür Paşazadə: “Azərbaycanda Aşura gününün qeyd olunması xüsusi önəm daşıyır”

Allahşükür Paşazadə: “Azərbaycanda Aşura gününün qeyd olunması xüsusi önəm daşıyır”
# 07 yanvar 2009 09:05 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Əvvəlki illərdən fərqli olaraq bu il Aşura günü İmam Hüseynin adına layiq keçirilir. Bu günü müsəlmanların böyük bir hissəsi qeyd edir”. APA-nın xəbərinə görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib. Şeyxülislam bildirib ki, İmam Hüseyni yad etmək haqqı yad etmək deməkdir: “Bu, həm də zülmə qarşı mübarizəni yad etməkdir. Azərbaycanda bu günün qeyd olunması xüsusi önəm daşıyır. Çünki bizim torpaqlar işğal altındadır, minlərlə insanımız şəhid olub. Buna görə də Azərbaycan xalqı haqqı, nahaqqı daha yaxşı başa düşür. Azərbaycan dövləti dindarlar üçün bu günü qeyd etmək üçün şərait yaradıb. Aşura gününü yad edərkən qan çıxarmaq, zəncir vurmaq, sinə cırmaq düzgün deyil. İslamda qan tökmək yaxşı hal hesab olunmur”.

A. Paşazadə hamını İslam dininə uyğun, yaraşan şəkildə bu günü qeyd etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR