Bank Of Baku

Allahşükür Paşazadə Fransaya gedəcək

Allahşükür Paşazadə Fransaya gedəcək
# 07 yanvar 2009 09:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə yanvarın 15-də Fransaya səfər edəcək. APA-nın xəbərinə bu barədə QMİ sədri jurnalistlərə açıqlamasında bildirib. A. Paşazadə deyib ki, bu səfər YUNESKO yanında yaradılan Dinlərarası Məşvərət Şurasının ilk iclası ilə bağlıdır. QMİ sədrinin sözlərinə görə, Məşvərət Şurasının ilk toplantısında bir çox məsələlər müzakirə olunacaq. Toplantıda müxtəlif dinlərin rəhbərlərinin iştirak edəcəyini bildirən Şeyxülislam iclasda İsrailin Qəzzaya hücumu ilə bağlı müzakirələr aparılmasının mümkün olduğunu da qeyd edib: “Hətta ravvinlərlə İsrailin hücumu ilə bağlı müzakirələr aparıb, öz sözümüzü deyə bilərik”.
QMİ sədrinin sözlərinə görə, Məşvərət Şurasında müsəlmanların nümayəndəsi seçiləcək. A. Paşazadə Bakıya qayıdandan sonra səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR